…Keçək mətləbə: Bakının cansıxıcı və həlli mümkünsüz görünən, hətta getdikcə daha da pistəşən tıxac problemindən media və sosial şəbəkə istifadəçiləri hər gün yazır.
isə tapılmır. Hamı hələki bu tıxaclara səbəb olan bir problemi tanıyır: məmurların və ya iş adamlarının acgözlüklə Bakının mərkəzində boş olan əraziləri zəbt edib, yaxud köhnə beş və ya dördmərətəbəli binaları söküb «pilot layihə» adı altında göydələnlər tikməsi!
Doğrudanmı Bakının tikinti təsərrüfatına məsul olan şəxslər bunları görmür? Axı altını-əziyyətini hamımız çəkirik. Bəllidir ki, bu evtikən acgözlər bununla da Bakının evini yıxırlar, 3-5 ilə Bakıda hərəkət mümkünsüz, yaşamaq və nəfəs almaq çətin olacaq. Axı niyə susursunuz???
***
İndi Bakının «Ağ şəhər» Bulvarı ətrafına acgözlərin gözü tikilib. Artıq Afiyəddin Cəlilov küçəsinə paralel ərazilərdə boş yer qalmayıb. Bu yaxınlarda isə «Qadın kalonu» kimi məşhur həbsxana kənara köçürüldü. Bu ətrafda yaşayanlar sevindi ki, artıq onun yerində ictimai əhəmiyyətli nəsə tikilər, bağ salınar. Lakin neçə gündür gəlib-gedən «çağırılmamış qonaqların» gizlin pıçhapıçından bəlli olur ki, nəinki adı çəkilən həbsxananın və yanındakı azyaşlılar üçün olan müvəqqəti saxlama yerinə, eləcə də Sabit Orucov küçəsindəki daha 6-7 beşmərtəbə binaya onların gözü düşüb. Və bu binalar sökülür və yerində göydələn tikilir. Ərazidə yaşayan sakinlərin də bildirdiyi kimi, hər gün Afiyəddin Cəlilov küçəsindən başlayıb Cavanşir körpüsünədək olan 1 km-lik tıxac isə bitib-tükənmir. Təsəvvür edin, əgər həbsxananın yerində və ona paralel küçədəki beşmərətəbələr sökülüb yerində göydələnlər tikilərsə, bu küçədə tıxacın uzunluğu Ağ şəhər kompleksinə çatacaq.
Məqsəd nədir: pul qazanmaq? Buyurun, Qarabağda tikin və pulunuzu qazanın. Gərək Bakının gününü göy əskiyə büküb əhalini zülmə məhkum edəsiniz???
Bakının «Beton yol» adlı magistral yolu aeroportadək uzanır. Naxçıvanski adına Hərbi Akademiyadan keçən kimi sağ və sol boş ərazilərdir. Niyə gedib oralarda tikmirsiniz???
Nə isə, Bakının acgöz iş adamları Bakı sakinləri üçün baramaqurdunun üsulu ilə əhaliyə tor qururlar. Bir də gözlərini açıb görəcəklər ki, özləri daxil, Bakı özü-özünə tor qurub, çıxışı isə yoxdur.
Deməyi bizdən.
A.Məmmədli