Dünən Ukraynanın rus işğalında olan Berdyansk şəhərində Rusiya tərəfindən təyin olunmuş hərbi komendantın avtomobili partladılıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bunu RF-nin Meduza mediaplatforması xəbər verib. Araşdırmaçı jurnalist Çingiz Sultansoy bu barədə maraqlı açıqlama yayıb. Sitat: "...Ağır yaralanan hərbi komendant Artem Bardinin xəstəxanada ölüb-ölməməsi haqda qarışıq xəbərlər gəlir. Olay şəhərin mərkəzində, administrasiya binasının yaxınlığında baş verib. Yerli hakimiyyət nümayəndəsi partlayışı “terror aktı” adlandırıb. Fakt göstərir ki, Ukrayna güclənib, işğalçıları hər tərəfdən sıxışdırır. Amma Ukrayna tərəfdarlarının bu xəbərin altında yazdığı şərhlər daha maraqlıdır. 

Andrey Kutsenko “Yəqin maşında siqaret çəkirmiş?!”

Ольга Сукманюк “Əvvəl müharibəyə “müharibə” deməyi öyrənin, sonra buna terakt deyin”.

Elena Kabatchenko “Elədiyiniz “xüsusi əməliyyatdır”, amma başınıza gələn “”terakt”? Əcəb məntiqdi”

Михаил Костицын “Ölənə can sağlığı arzulayıram!”

Bu gülüş, sevinc, təntənə, istehza və həqarət dolu, zərərçəkəni və onun təmsil elədiyi qüvvəni aşağılayan şərhlər bəzən bizdə yazılan şərhləri xatırladır. Mirşahin Ağayevin COVİD-ə tutulub xəstələnmək xəbəri yayılanda, hansısa baş prokuror, İH başçısı, general həbs olunanda belə şərhlər istehzalı yazılır. Tərəfdarları da insanların insanlığından şikayət edir, "İnsanlar niyə belə olub?!" soruşurlar. Mən də tərəfdarlardan soruşuram, doğrudan, niyə belə?! Biz az fikirləşin də...".

Bəli, fikirləşməli və nəticə çıxarmalı məqamlar çoxdur...

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN