Böyük Britaniyanı 70 ildən çox idarə edən kraliça II Yelizaveta bu gün axşam saatlarında vəfat edib.

Bukingem Sarayının məlumatına görə, kraliça II Yelizaveta 97 yaşında vəfat edib.

"Kraliça bu gün günortadan sonra Balmoral qəsrində dinc şəkildə vəfat edib", - məlumatda deyilir.

Xatırladaq ki, kraliça fevral ayında koronavirusa yoluxmuşdu. Xəstəliyin yüngül keçməsinə baxmayaraq, sağalması uzun çəkdi.

İyulun əvvəlində II Yelizaveta kral vəzifələrinin bir hissəsini dördüncü övladına - şahzadə Çarlza təhvil vermişdi.

 Sky News-un məlumatına görə, Kraliçanın ölümündən dərhal sonra Şahzadə Çarlz  yeni monarx oldu.

Çarlzın tacqoyma mərasimi ən qısa zamanda Londondakı Saint James Sarayında keçiriləcəyi bildirilir.

Son məlumatlara görə, Britaniyanın baş naziri Liz Truss kraliça II Yelizavetanın ölümü ilə əlaqədar xalqa müraciəti zamanı yeni kralın özünə III Çarlz adını aldığını açıqlayıb.

Qeyd edək ki,II Yelizaveta və ya Elizabet Aleksandra Mariya Vindzor  21 aprel 1926-cı ildə anadan olub.

13 yaşında Elizabet Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların bu evlilikdən dörd övladı dünyaya gəlmişdi: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

1949-ci ildə atası VI Georq yeni yaradılan Millətlər Birliyinin ilk sədri olur və ora daxil olan ölkələrin konstitusiyalı monarxı hesab edilir. Birlik Böyük Britaniyanın keçmiş müstəmləkərindən təşkil edilir və yeni müstəqil dövlətlərin azad ittifaqı elan olunur. Birliyə o dövrdə aşağıdakı dövlətlər daxil idi: Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika İttifaqı, Pakistan və Seylon. 6 fevral 1952-ci ildə Elizabet həyat yoldaşı ilə Keniyada olarkən, atası vəfat edir və o, kraliça elan edilir. 1953-ci ildə Elizabet rəsmi şəkildə taxt-taca sahib olur və mərasim tarixdə birinci dəfə televiziya ilə translyasiya olunur. O, eyni zamanda atasının yerinə Millətlər Birliyinin də sədri seçilir. Özünün 58 illik hakimiyyəti dövründə o, müstəqillik qazandıqca Millətlər Birliyinə daxil olan 25 ölkənin dövlət başçısı olub. 1956-cı ildən 1992-ci ilədək onun başçısı olduğu dövlətlərin təqribən yarısı Birlik üzvü kimi qalsalar da respublika üsul-idarəsini seçdilər.

...Kraliça Elizabet, ancaq dövlət başçısı kimi təmsilçilik rolu oynasa da, öz şəxsi nüfuzu ilə ölkənin siyasətinə müəyyən qədər təsir edə bilir.

1992-ci il II Elizabet üçün ağır il oldu. Kraliçanın ailəsinin nüfuzuna şahzadə Çarlzın, şahzadə Annanın və şahzadə Endrünün ailələrindəki söz-söhbət və hər üçünün boşanma prosesləri ciddi təsir etdi. Həmçinin böyük yanğın Vindzor sarayının bir hissəsini məhv etdi. Onun şahzadə Diananın 1997-ci ilin avqustunda faciəli ölümünə sakit yanaşması və beş gün milli matəm günlərində kral ailəsinin saraydan kənara çıxmaması britaniyalıların əksəriyyətinin xoşuna gəlmədi. Ailə ictimaiyyət qarşısına Diananın dəfnindən bir gün əvvəl çıxdı, ancaq bununla belə Britaniya mətbuatının kəskin tənqidinə məruz qaldı...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN