Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə Türkiyəyə səfər etmiş nümayəndə heyətini qəbul edib.
Türkiyə XİN başçısı bu barədə “Twitter” hesabında məlumat paylaşıb.
“Can Azərbaycanın Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovu və nümayəndə heyəti ilə görüşdük. Şuşa Bəyannaməsi ilə qardaşlıq əlaqələrimiz bütün sahələrdə daha da güclənir”, deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, iyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfər edib.