Bu gün Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

Tezadlar.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidenti cümə günü (16 sentyabr – Red) bir sıra görüşlərə Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli danışıqlara başlayacaq. Sonuncu dəfə liderlər 2021-ci ilin dekabrında Putinin Yeni Dehli səfəri zamanı şəxsən görüşüblər. Səmərqənddə onlar Rusiya ilə Hindistan arasında xüsusilə imtiyazlı strateji tərəfdaşlığın təşviqi məsələlərini müzakirə etmək niyyətindədirlər. İlk növbədə, qarşılıqlı ticarət axınının artırılması, Hindistan bazarının Rusiya gübrələri ilə təmini, qarşılıqlı ərzaq tədarükünün təmin edilməsi istiqamətində addımların nəzərdən keçirilməsi planlaşdırılır. Rusiya liderinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılır. Bu dəfə aktual qlobal və regional problemlərə xüsusi diqqət yetiriləcək: Ukraynakı vəziyyət, “taxıl sövdələşməsi”nin həyata keçirilməsi, Suriya və Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsi. Putin xarici ölkə liderləri ilə bir sıra ikitərəfli görüşləri Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarla yekunlaşdıracaq. Görüş Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklər fonunda baş tutacaq.

Xatırladırıq ki, Ermənistanın baş naziri Paşinyan bu görüşdə iştirak etmir. Dünya mətbuatı bunun son günlər Azərbaycan sərhədində yaranan təxribat əməlləri ilə bağlı olduğunu yazır. Ermənistanda onun istefası vı hətta edamı tələb edilir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN