Bu gün İranın Gürcüstandakı səfirliyi qarşısında piket keçirilib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, etiraz aksiyası "Gürcüstan Naminə Partiyası"nın təşkilatçılığı və üzvlərinin iştirakı ilə baş tutub. Aksiyada partiyanın lideri Fazil Əliyev, İranın SEPAH-a bağlı teleqram kanalının Azərbaycan prezidentinin fotosonu payşaraq təhdid etdiyini bildirib. Onun sözlərinə görə, bu addım dünyada yaşayan türkləri qəzəbləndirib. O, həmçinin İranda etiraz aksiyasında iştirak edən insanlara qarşı zorakılıq edildiyini və İran hökumətindən bu addımları dayandırmağı tələb edib. Aksiyanın sonunda İran İslam Respublikasına "Gürcüstan Naminə Partiyası"nın adından yazılmış bəyanat oxunub.

İran səfirliyindən məsələ ilə bağlı hələki hansısa reaksiya yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN