Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər.

Tezadlar.az CNN-türk-ə istinadla bildirir ki, bu barədə “The National” nəşri BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yazıb. Qeyd olunub ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünməsi olacaq. Məlumata əsasən, iki ölkə liderinin təkbətək görüşü ilə bağlı müzakirələr aparılsa da, lakin hazırda heç bir nəticə yoxdur. Bildirilib ki, gərəksiz gərginliyin qarşısını almaq üçün ölkə liderləri müxtəlif mehmanxanalarda yerləşdiriləcəklər.

Ukrayna cəbhəsində isə müharibə davam edir. Dünən Rusiya üçün mühüm əhəmiyyət daşıyan Krım körpüsü partladılıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN