Ötən gün 2 erməni hərbçi yoxa çıxıb. Erməni KİV-ləri yazır ki, "...İtkin düşən iki erməni hərbçi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə qalıb..."

Amma düşünürəm ki, bu belə deyil. Yəni, erməni hərbçilər 44 günlük Zəfər müharibəmizdən sonra üç-üç, beş-beş... Azərbaycana pənah gətirirlər.

"Sputnik Ermənistan" isə yazıb ki, "Aparılan axtarışlar hələ nəticə verməyib - Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin itkin düşməsinin təfərrüatlarını təqdim edib... Hazırda onların yaxın gələcəkdə qaytarılması üçün danışıqlar aparılır".

 Amma həm də qəribə də olsa, Paşinyanın Müdafiə Nazirliyi agentliyə  belə bir məlumatın olmadığını söyləyib. Üstəlik, "... hazırda axtarış-xilasetmə işləri davam edir. Ermənistan Müdafiə Nazirliyi rəsmi hesabatları izləməyi tövsiyə edir", -deyə agentlik bildirib.
Ermənilərin sosial şəbəkə hesablarından öyrəndim ki, hərbçilər Artur Nalbandyan və Aramais Torozyan 14 iyulda sübh saatlarında Zəngəzurun Qara göl yaxınlığında duman səbəbiylə yoxa çıxıblar. Müdafiə Nazirliyi onlara tapşırılan avtomobildə olan hərbçilərin vəzifə borclarını yerinə yetirdiklərini bildirib. Nazirlik, həmçinin qeyd edib ki, "...Rusiya tərəfinin vasitəçiliyi ilə onların Azərbaycan ərazilərində olması mümkünlüyü məsələsini Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə müzakirə edirlər. Hər ikisi silahsız olub".

Deməli, onlar başını itirmiş Paşinyanın ordusunda xidmət etmək istəmirlər və Azərbaycana tərəf qaçırlar. İnanmayan daşa dönsün, Paşinyan bir də görəcək ki, Ermənistan ordusu bütövlükdə Azərbaycana təslim oldu. Son 44 günlük döyüşdə yüzlərlə erməni hərbçinin döyüş meydanını tərk edərək silahlarını atıb Azərbaycan hərbçilərinə kütləvi təslim olması dərs olmadımı...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN