Son vaxtlar Ukrayna ilə İsrail arasında münasibətlər yeni müsbət mərhələyə keçməyə başlayıb.

Tezadlar.az “Ukrinform”a istinadla bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Qvineya-Bisau rəhbəri Umaru Sissoku Embalo ilə keçirdiyi brifinqdə belə bir bəyanatla çıxış edib. Sitat: “Bizim münasibətimizdən hamı utanır. Hamı istəyir ki, cəmiyyətlərimiz arasında daha isti münasibətlər olsun. Düzünü desəm, son günlər işə başlamağımızdan məmnunam... Biz əməkdaşlığımızın başlanğıcındayıq. İsraillə münasibətlərdə müsbət tendensiya var. Mən buna görə minnətdaram”.

Zelenski onu da qeyd edib ki, Ukrayna və İsrail kəşfiyyatı indi əməkdaşlığa başlayıb. Lakin o, bunun necə baş verdiyini təfərrüatlandırmaqdan imtina edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN