Onlar hara baxır ki, ermənilər Qarabağa hərbi sursat və silah daşıuır?

Son günlər ŞUŞA VƏ DİGƏR İŞĞALDAN AZAD OLUNMUŞ ŞƏHƏRlərimiz ermənilər tərəfindən atəşə tutulmaqdadır. Bu terror-təxribatların intensiv xarakter alması o deməkdir ki, düşmən Laçın dəhlizindən sərbəst şəkildə bölgəyə silah daşıyır. Bəs Rusiya sülhməramlıları niyə bunun qarşısını almır və ya ala bilmir? Dünən Azərbaycan DTX-nin rəis müavini Ceyhun Şadlinski açıq şəkildə bunu qeyd etdi. "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır", - deyən  Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski əlavə edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması faktı göz qabağındadır. General əlavə edib ki, Ermənistanın müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.
Şadlinski açıq şəkildə deyib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

Sual olunur: bəs onda Rusiya sülhməramlıları Qarabağda nə gəzir? Bu o demək deyilmidir ki, onlar üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir və onları tezliklə Türkiyə və NATO sülhməramlıları əvəzləməlidir!? Baş verənlər diqtə edir ki, Türkiyə sülhməramlıları tezliklə Qarabağda yerləşdiriləcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA