Özbəkistanın paytaxtında qayınana forumu keçirilib.

Daşkənddə keçirilən qayınanaların forumunda  “Ailədə müasir qayınananın rolu”, “İndi mənim oğluma baxacaqlar” və s. mövzularda məruzələr dinlənilib. Forum ailənin möhkəmlənməsində, yeni evlənənlərin həyatına müdaxilənin qarşısının alınmasında qayınanaların rolunu artırmaqdan ibarətdir. İştirakçılar noyabrın 30-nun “Qayınanalar günü” elan edilməsini təklif ediblər.

  Paytaxtda Dəmiryolçuların Mədəniyyət Sarayında Daşkənd şəhər Ailə və Qadınlar İdarəsinin təşkilatçılığı ilə keçirilən forumda Özbəkistanın Baş nazirinin müavini, Ailə və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zülayxo Mahkamova, Daşkənd hakimin müavini - Ailə və Qadın Problemləri üzrə İdarəsinin rəisi Nodira Umarova, ictimaiyyət nümayəndələri, qayınanalar, alimlər, hüquqşünaslar və professorlar, rayon fəalları iştirak ediblər.

P.S. Görünən budur ki, müasir ailələrin hələ də qayınanaların ağıllı məsləhətinə, yol göstərməsinə ehtiyacı var. Çünki son illər boşanmalar sürətlə artmaqdadır. Bəzən bu boşanmalar böyüksüzlükdən, ağıllı məsləhət verilməməsi səbəbindən baş verir... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN