…Bir daha Naxçıvanda rəqəmsal hökumət quruculuğu ilə maraqlandım. Baxıram ki, heç nə dəyişməyib, əksinə daha da pisləşib.

Bu fikri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti, iKT üzrə məşhur  ekspert Osman Gündüz bildirib.

 Ekspert 3 il öncə Naxçıvandakı rəqəmsal mühitdən, eGov və dövlət qurumlarına məxsus olan Gov.az domenindən istifadədən yazdığını, ümumiyyətlə o zaman Muxtar Respublikada nəinki rəqəmsal hökumətdən əsər-əlamət olmadığı, heç gov.az domenindən istifadə edilmədiyi barədə də bəhs etdiyini xatırladıb. Və o dövrlə bu günü müqayisə edib - nəticə tam eyni…

 “ eGov, vahid portal demək olar ki yoxdur. Gov.az istifadə edilmir, yalnız bir məhkəmə qurumu tapdım ki, gov.az domenindən istifadə etmişdi.

Naxçıvanın bütün dövlət qurumları dövlət orqanlarının İnternet şəbəkəsindən - AzStateNet dövlət şəbəkəsindən kənardadır. Pərakəndə və bəsit formada olan dövlət resursları isə, necə deyərlər, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "perimetrindən" kənardadır”, - deyə o, bildirib.

 Ekspertin sözlərinə görə, dövlətə məxsus informasiya sistemlərinə və rəqəmsal resurslara, internet resurslara verilən tələblər Naxçıvanda indiyədək nəzərə alınmayıb.

“Nəinki eGov, 3 il öncə Prezident fərmanı olmasına baxmayaraq, heç Asan Xidmət hələ burada fəaliyyətə başlamayıb”, -deyib.

 Osman Gündüz təəssüflə bildirib ki, bu sahədə Naxçıvan 15-20 il geridir və bu durum RİNN və XRİT-i narahat etməlidir.

 “Bir sözlə, Naxçıvanın rəqəmsal-innovativ mühiti və kiber mühit mərkəzlə müqayisədə təxminən 15-20 il geridədir. Düşünürəm ki, belə bir durum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini və XRİT Dövlət Xidmətini ciddi narahat etməlidir.

Bir neçə gün öncə Prezident eGov səlahiyyətlərinin ASAN-dan alınaraq RİNN-ə verilməsi haqqında fərmanda məhz sektorda mərkəzləşmə və pərakəndəliyin aradan qaldırılmasına diqqət yönəldib.

Fikrimcə adı çəkilən qurumlar, bütövlükdə Ali hakimiyyət Naxçıvanın rəqəmsal mühitinin inkişafı və mərkəzə inteqrasiyasına, ölkənin vahid informasiya məkanının formalaşmasına, xüsusilə də dövlətə məxsus vahid informasiya mühitinin və kiber mühitin formalaşmasına ciddi diqqət yetirməlidir”, - ekspert diqqətə çatdırıb.

 Həmçinin o, xatırladıb ki , Naxçıvan əhalisi haqqında məlumatlar ölkənin vahid bazasına inteqrasiya olunmadığından, onlar nə Bakıdakı Asan Xidmətdlərdən, nə də bir müddət öncə Türkiyədə təşkil olunan "Səyyar ASAN Xidmət"dən istifadə edə bilməyiblər.

“Bir sözlə, rəqəmsal durum absurd bir vəziyyətdədir. Yeri gəlmişkən, DTX əməkdaşlarının yoxlamalarından sonra Naxçıvan MR Rabitə və Yeni Texlonogiyalar Nazirliyində də xeyli yeyintinin aşkarlandığı, nazir Vüsal Sevdimalıyevin və nazirliyin tabeliyində olan İnternet Mərkəzinin əməkdaşlarının dindirildiyi bildirilir.

Diqqət çəkən məqam odur ki, Muxtar Respublikada rabitə və texnologiya sektoruna aid nazirliyin adını da dəyişməyi "məsləhət görməyiblər",- mesajını da verib.

Sonda o, əlavə edib ki,  XRİT Dövlət Xidməti artıq Naxçıvanın dövlət sektorunun da vahid dövlət şəbəkəsinə qoşulması istiqamətində işlərə başlayıb.

Doğrudan da Naxçıvan Muxtar Respublikasının Osman Gündüzün təsvir etdiyi acınacaqlı durumda olması çox təəccüblüdür...

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN