Rusiya ilə Ukrayna arasında gedən müharibə məcrasını dəyişə bilər...
"Hadisələr dəhşətli dərəcədə yanlış gedə bilər. Hazırda Ukraynada dəhşətli müharibə gedir. Bu həm də NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilə biləcək müharibədir",- deyən NATO-nun baş katibi Yens Stoltenberq sensasion açıqlama ilı çıxış edib. Baş katib deyib ki, tammiqyaslı müharibə ehtimalının olduğuna heç bir şübhə yoxdur.
Stoltenberq, həmçinin qeyd edib ki, NATO Ukraynanın ərazi bütövlüyünün təmin olunması və müharibənin dayandırlması üçün hər gün öz işini davam etdirir.
Rusiya isı artıq çətin durumda olduğunu göstərir. Neçə gün əvvəl Ukrayna dronlarının Rusiyanın ayrı-ayrı şəhərlərjndə yerləşən hərbi bazalarlna zərbələri baş verdi...
A.Məmmədli