Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər.
Bülbülün Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli "Təzadlar"a bildirib ki, aksiyanın keçirildiyi ərazidən bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların keçidinə şərait yaradılır. Hətta dünən rus sülhməramlıların ailə üzvlərinin rahat keçidinə də şərait yaradılıb... "...Bu, bir daha dinc aksiyanın dinc ermənilərə qarşı yönəlmədiyini sübut edir."' - deyə F.Hacıbəyli bildirib.
Aksiya hazırda davam edir. Aksiya iştirakçıları onu da bəyan ediblər ki,bədnam rusiyalı milyarder Ruben Vardanyan deyir ki, guya aksiyaçılar erməniləri buraxmır, Xankəndiyə getmələrinə mane olurlar və s. Və o qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır. Faktlar isə əksini sübut edir.
A.Məmmədli