Azərbaycan jurnalistlərinin "ata evi" kimi tanınan "Azətbaycan" nəşriyyatında icarə qiymətləri gözlənilmədiyi halda qaldırılıb

Artıq redaksiyalarla bağlanacaq icarə müqaviləsinə dəyişiklik edilib və yeni müqavilələrdə bahalaşma qeyd edilib. Lakin müqavilə bağlamağa hələki heç kəs tələsmir. Çünki təxminən 40-50 faiz qaldırıldığı deyilən qiymətlər redaksiyalara ölümcül zərbə kimidir. 

Məsələ ilə bağlı "Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının, Dünya Türk Jurnalistləti Birliyinin üzvü Asif Mərzili qiymət artımına belə münasibət bildirdi:
- Mən bu gün icarə qiymətlərinin qaldırılması barədə xəbər aldım... Bir neçə redaksiyaların rəhbərləri ilə danışdım, fakt ciddidir. Belə ki, məsələn, "Təzadlar" qəzetinin redaksiyasına həm çap, həm də onlayn media subyektlərinin əməkdaşları daxildir.  1993-cü ildən indiyədək nəşriyyatda icarədəyik, indiyədək Prezident Administrasiyası İşlər İdarəsinin balansında olan nəşriyyatın büdcəsinə yüz min manatlarla pul ödəmişik. Həmçinin hər il dövlət büdcəsindən də nəştiyyata külli miqdarda yardım  ayrılırdı. İkinci ildir ki, nəşriyyatda rəhbərlik dəyişib. Xanım baş direktor əvvəlki rəhbər Ağabəy Əsgərovdan miras qalmış və pis gündə, yəni ödənilən icarə haqlarımıza yaraşmayan, jurnalistlərin adına uyğun gəlməyən liftlərin, otaqların, sanuzellərin, dəhlizlərin biabırçı vəziyyətinə əsaslı təmir yeniliyi gətirməyə çalışır. Uzun illərdir ki, biz də başqaları kimi bu vəziyyətə dözüb fəaliyyət göstərmişik, prezidentin mətbuat üzrə köməkçisi Əli Həsənov bir dəfə də olsun nəşriyyata ayaq basmadı, jurnalistlərin halını xəbər almadı, amma hər yerdə jurnalistlərin adından istifadə etdi, onları media mübarizləri adlandırırdı. Bəli, biz bu şəraitə dözüb uzun illər fəadakarcasına çalışmışıq. Lakin bu münasibət insafsızlıq idi... Ötən ildən rəhbərlik dəyişdi, ardınca nəşriyyat MMC-yə çevrildi. Ötən ilin dekabrından nəşriyyatda təmir başlayıb. Lakin biz pedaksiya olaraq istifadəmizdə olan 3 otağı öz vəsaitimiz hesabına təmir etdirmişik. Hər otağa orta hesabla 4,5-5 min manat xərc çəkilib. Çünki redaksiyaya gələn qonaqların, şikayətçilərin yanında üzümüz qara idi, kömək edilməsi üçün bizə gələn şikayətçi görürdü ki, bizim özümüzün köməyə ehtiyacımız var... Beləliklə, bu gün xəbər tutduq ki, qiymətlər inanılmaz dərəcədə qaldırılıb. Biz başa düşürük, MMC fərqli hüquqi şəxsdir, amma nəzərə alınmalıdır ki, məsələn, biz 30 ildir bu nəşriyyatın sakiniyik. Ən azı bizim də bu nəşriyyatın indiyədək saxlanılmasında maddi payımız olub. İkincisi, əgər nəşriyyat super təmir edilib bu qiymətlərlə icarəçilərə təklif edilsəydi, hardasa başa düşmək olardı. Lakin elə redaksiyalar var ki, əslində, bir neçə redaksiyalardan başqa, hamı, uzun illərdir toz-torpağın içində fəaliyyət göstərib dözdüyü halda, yenidən onlara həmin təmirsiz otaqları baha qiymətə icarəyə vermək hesab edirəm doğru qərar deyil... İndiki qiymətləri nəzərə alsaq, belə çıxır ki, biz hər ay özümüzün külli miqdarda vəsait xərcləyib təmir etdiyimiz otaqlara görə nəşriyyata 600 manata yaxın pul ödəməliyik. Halbuki elə bu ərazidə, yəni Mətbuat prospektində hamamı, mətbəxi, hər cür mebeli olan üçotaqlı mənzillər 500-600 manata icarəyə verilir. İnanıram ki, bu məsələ fərqli istiqamətdə çözüləcək və jurnalistlərə,  yəni Azərbaycan həqiqətlərini dünyaya çatdıran media orqanlarına problem yaradılmayacaq. Bir misal deyim, mən Avropa Mətbuat Federasiyasının üzvüyəm, Dünya Türk Jurnalistləri Birliyinin üzvü və birliyin Azərbaycan təmsilçisi, eləcə də birliyin rəsmi ilkhavadis.com, anadoluyakasiheber.com, həmçinin 4 dildə yayımlanan trtajans.com saytlarının köşə yazarıyam. Azərbaycan həqiqətlərini Dünya ictimaiyyətinə çatdırmaqla məşğuluq. İndi belə çıxır ki, biz jurnalist kimi təmənnasız olaraq, maddi dəstək istəmədən Azərbaycana, dövlətə xidmət edirik, bu biri tərəfdən isə biz süni baha icarə haqqı imtahanı ilə sınağa çəkilirik... Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə məlumat vermişəm. Bütün hallarda, problem həllini tapmalıdır. Ya dövlət nəşriyyata yardım dəstəyi verməlidir, ya da...

Dinlədi: Elbar Şirinov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN