Rusiyanın Ukraynadakı məlum müharibəsi təkcə ölkəni inanılmaz sanksiyalara məruz qoymayıb, həm də ölkədən kənara pul köçürülmələrində sensasion rəqəmləri ortaya qoyub...

Bu sırada Gürcüstan liderdir. Belə ki, 2022-ci ilin dekabrında Gürcüstana pul köçürmələrinin həcmi 535,3 milyon ABŞ dolları (1438,5 milyon lari) təşkil edib. Tezadlar.az Gürcüstan Dövlət Statistika Departamentinə istinadla bildirir ki, bu barədə Milli Bank məlumat yayıb. Bankdan verilən məlumata görə, qeydə alınan pul köçürmələri 2021-ci ilin dekabr ayının analoji göstəricisindən 133,2% (305,8 milyon ABŞ dolları) çoxdur. Gürcüstana ən çox pul köçürülən ölkələrin siyahısına Rusiya liderlik edir. Belə ki, 2022-ci ildə Rusiyadan Gürcüstana pul köçürmələri illik ifadədə 5 dəfə artaraq 2 milyard ABŞ dollarına çatıb. Qeyd olunur ki, bu Rusiya vətəndaşlarının miqrasiya dalğası ilə bağlıdır. Gürcüstana ötən ilin təkcə dekabr ayı üzrə pul köçürmələri aşağıdakı kimidir: ➊► Rusiya Federasiyası - 317,3 milyon dollar, 699% artım; ➋► İtaliya - 43,2 milyon dollar, 14% artım; ➌► ABŞ - 34,3 milyon dollar, 29% artım; ➍► Yunanıstan - 20,7 milyon dollar, artım 1%; ➎► İsrail - 19,1 milyon dollar, 8% artım; ➏► Almaniya - 17,0 milyon dollar, 47% artım; ➐► Qazaxıstan - 12,9 milyon dollar, 4% artım; ➑► Qırğızıstan - 10,7 milyon dollar, 84% artım; ➒► Türkiyə - 9,2 milyon dollar, 13% artım; ➓► İspaniya - 5,2 milyon dollar, 2% artım; ➊➊► Azərbaycan - 4,7 milyon dollar, 31% artım; ➊➋► Fransa - 4,5 milyon dollar, 29% artım; ➊➌► Tacikistan - 4,1 milyon dollar, 262% artım; ➊➍► Böyük Britaniya - 4,0 milyon dollar, 97% artım; ➊➎► İrlandiya - 3,0 milyon dollar, 61% artım; ➊➏► Polşa - 2,4 milyon dollar, -19% artım; ➊➐► Belarus - 2,3 milyon dollar, 358% artım; ➊➑► Kanada - 2,1 milyon dollar, 15% artım; ➊➒► Ermənistan - 2,0 milyon dollar, 65% artım; ➋0► Özbəkistan - 1,7 milyon dollar, 98% artım. Bundan əlavə, 2022-ci ilin dekabr ayında Gürcüstandan xaricə 33,8 milyon ABŞ dolları (90,9 milyon lari) göndərilib ki, bu da 2021-ci ilin dekabr ayının analoji göstəricisindən (33,3 milyon ABŞ dolları) 1,5% çoxdur.

 Beləliklə, Rusiyanın 2008-ci ildə işğal etdiyi Gürcüstan, belə çıxır ki, rusiyalı iş adamları və vətəndaşlar üçün ən etibarlı ölkədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN