Tarixi Gəncə qapısının saxlanıldığı Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, yanğın zamanı bədəninin 50%-i yanan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur. Qeyd edək ki, Gəncə qapısı Gelati monastır kompleksinin həyətindəki ayrıca tikilidə, gürcü çarı Qurucu Davidin (David Aqmaşenebeli) məzarüstü abidəsində saxlanılır. Yanğın zamanı qapıya ziyan dəyməyib.

Görünür, bir səbəb də budur, ki, Gəncə qapısı uzun illərdir əsirlikdədir, hirsindən od tutub ətrafını yandırır. Deməli, nə vaxtsa, onun da azad edilməsi lazımdır və vacibdir. Bu qapı tariximizin bir parçasıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN