10:29:47Türkiyədəki zəlzələ zamanı təzə binaların ovulub yerə gömülməsi Bakıdakı göydələn yarışına ciddi nəzarəti aktual edib.

Niyə bina tikənlər villalarda yaşayır, biri də həmin binadan mənzil götürmür? Təklif edirəm, göydələn tikən sahibkarların ailələrinin həmin binada yaşaması məcburi edilsin! Əks halda, həmin binalar istismara qəbul edilməsin!

Türkiyə TV-lərində binaların bir anda yerlə bir olmasının səbəbləri müzakirə ediləndə tikinti mütəxəssisləri, mühəndislər monolit binalardakı beton arakəsmə və sütunların sementinin, eləcə də armaturlarının nə qədər keyfiyyətsiz olduğunu deyirlər. 

Azərbaycanın sosial mediada istifadəçiləri də iki gündür bunları nəzərə alaraq Bakıda göydələnlərin tikintisinin ciddi nəzarətə alınmasını, Abşeron yarmadasının seysmikliyini nəzərə alaraq Bakıda 5-6 mərtəbədən hündür binaların tikintisinin qadağan olunmasını təklif edirlər.

A.Məmmədli

5e53597f-cced-4eba-8cc0-97ea61589dc2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN