Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində meydana gələn tektonik qırılmanın peyk görüntüsü ortaya çıxıb.

Tezadlar.az "Roskosmos" Dövlət Kosmik Korporasiyasının rəsmi Telegram kanalına istinadla bildirir ki, "Roskosmos" Rusiya Fövqəladə Hallar Nazirliyinin tələbi ilə Yerin uzaqdan zondlanması üçün Rusiya Kosmik Qrupunun bütün qüvvə və vasitələrindən, habelə Kosmos və Böyük Fəlakətlər üzrə Beynəlxalq Xartiyanın vəsaitlərindən kosmik monitorinqin aparılması üçün istifadə edib. Nəticədə Türkiyənin cənub-şərqindəki ərazinin tektonik qırılma anının fotoşəkli əldə edilib. Onlardan birincisi Rusiyanın “Resurs-P” peykindən götürülüb, 2021-ci ilin iyul ayına təsadüf edir. İkinci foto isə 9 fevral 2023-cü ildə baş vermiş güclü zəlzələlərdən sonra Kanopus-V cihazından çəkilib. "Roskosmos" peyki silsilə zəlzələlərdən sonra Hatay hava limanını da lentə alıb.
Tezadlar.az qeyd edir ki, fevralın 6-da episentri Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində baş vermiş 2 güclü zəlzələ (7,7 və 7,6 bal gücündə) Türkiyənin 10 vilayətində geniş miqyaslı dağıntılara səbəb olub. Sonrakı günlərdə də bu ölkədə zəlzələlər qeydə alınıb. Türkiyədə baş verən dağıdıcı zəlzələ litosfer plitələrinin geoloji yerdəyişməsinə səbəb olub. Ərəb plitəsi Anadolu plitəsindən təxminən 3 metr şimal-şərqə və cənub-qərbə doğru irəliləyib. Arızanın ümumi ölçüsü ən azı 150 kilometrdir. 

Başqa sözlə, yer qabığı həmin ərazidə burulub, sürüşərək əyri vəziyyət alıb. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN