Uzun müddətdir sağ tapılacaqları barədə ümidlərimizi itirməyib dualar etdiyimiz dörd azərbaycanlı tələbə barədə təəssüf ki, ürək dağlayan xəbər gəldi.

Bu sarsıdıcı xəbərə heç birimiz inanmaq istəməsək də, bu barədə REAL TV məlumat yayıb.

Məlumata görə, Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin - Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin cansız bədənləri dağıntılar altından çıxarılıb.

Həmçinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır da report-a məlumatı təsdiqləyib.

Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, onlar Malatyanın İnönü Universitetinin tələbələri olub. Türkiyədə onların hər biri haqqında yalnız yüksək fikirlər söylənilib, yaşadıqları binanın sakinləri tərəfindən göz yaşları ilə xatırlanılıb... Gənc tələbələr çox fəal  və savadlı gənclər olublar.

Çox təəəssüf...

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN