Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barel olub ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 6,9 faiz və ya 48,5 min barel azdır.

TEZADLAR.AZ xəbər verir ki, Energetika Nazirliyinin hesabatı əsasında aparılmış hesablamalara görə, cari ilin yanvar hasilatında 533 min bareli xam neftin, 119 min bareli isə kondensatın payı təşkil edib. 2022-ci ilin eyni ayının müvafiq göstəriciləri üzrə xam neft hasilatında 8,2 faiz (47,9 min barel), kondensat hasilatında isə 0,5 faiz (0,6 min barel) azalma qeydə alınıb.

Ötən ilin dekabrına nisbətdə 2023-cü ilin yanvarında xam neft hasilatı 2,7 faiz (15 min barel), kondensat hasilatı isə 0,8 faiz və ya 1 min barel azalıb.

vergiler.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN