Rusiya prezidenti Vladimir Putin əsaslandırıb ki, Rusiya Federasiyası dağılacaqsa, ruslar “xalq olaraq” sağ qala bilməyəcəklər.
Tezadlar.az “Rossiya-1” telekanalına istinadla bildirir ki, o, müsahibəsində belə deyib. Sitat: “Rusiya xalqı, əgər Qərb Rusiya Federasiyasını dağıtmağa və onun fraqmentləri üzərində nəzarəti bərqərar etməyə nail olsa, Rusiya qorunub saxlanmaya bilər, Rusiya moskvalılar, urallar və başqaları olacaq".
Putin nüvə silahlarını da xatırlatmağı unutmayıb və deyib ki, Rusiyanın “yalnız ABŞ-ın deyil, bütün digər NATO ölkələrinin də nüvə potensialını nəzərə alacaq...”.
Tezadlar.az xatırladır ki, prezident Vladimir Zelenski ötən ay bəyanatlarında əminliyini bildirib ki, gec-tez Putin öz ətrafı tərəfindən öldürüləcək...
A.Məmmədli