"Bu gün təkcə Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək deyil, həm də bu cinayəti rəsmən soyqırımı kimi tanımaq lazımdır.

Mən Dövlət Duması tərəfindən müvafiq qətnamənin qəbul edilməsinin tərəfdarı olmuşam və bu gün də tərəfdarı olmağa davam edirəm. Bu, Rusiya məhkəməsinə imkan verəcək ki, Rusiya ərazisində olan bu dəhşətli cinayətin iştirakçılarının axtarışına, saxlanmasına və məhkəmə qarşısına çıxarılmasına başlasın”.

Tezadlar.az Ria-Novosti-yə istinadla bildirir ki,  bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə deyib.

Ekspert qeyd edib ki, əmr verən və icra edən erməni siyasətçiləri, hərbçiləri və rəhbərləri də cəzalandırılmalıdır. Onun sözlərinə görə, Xocalı faciəsi bəşəriyyət tarixinin sağalmayan yaralarından biridir və heç vaxt unudulmamalıdır.

“Bu, Yaxın Şərqdən SSRİ ərazisinə gəlmiş erməni silahlı dəstələri və terrorçuları tərəfindən törədilmiş Azərbaycan xalqının soyqırımıdır. Rusiyanın ekspert icması adından, bir milyon rusiyalı adından Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Biz bu faciəni xatırlayır, sizinlə birlikdə yas tuturuq. Biz erməni cinayətkarlarının cəzalandırılmasını tələb edirik”, - Korotçenko vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN