Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

AZƏRTAC xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupunu gətirən təyyarə Türkiyə vaxtı ilə saat 23:10-radələrində Muğla Dalaman Hava Limanına enib.

Birinci qrupun tərkibində FHN-nin 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.

Rəsmi dairələr, eləcə də ölkə ictimaiyyəti və yerli media Azərbaycanın tüğyan edən yanğınlarla bağlı köməyini və ümumi narahatlığını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN