Xəbər verildiyi kimi, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun

polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən "Təzadlar"a verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş verən hadisə ilə bağlı “Polisə Dəstək” İB-nin sədri, tanınmış hüquq müdafiəçisi Şəmsəddin Əliyevin də fikirlərini öyrəndik. O, 30 idən çox daxili işlər orqanlarında  cinayətkarlıqla  mübarizə aparan, hakimiyyətin spesefik səlahiyyətli əməkdaşı olaraq çalışdığını bildirdi və məlum hadisəni sərt qınadı:

-Cinayətkarlıqla mübarizə aparan polisə, adətən, həddi aşma imkanları verilir. Daha doğrusu,  polisə cinayətkarlıqla mübarizədə  son müdafiə, yəni zəruri müdafiə həddi verilir. Amma açığı bildirim ki, böyük bir qanunverici orqanın, parlament üzvlərinin, dövlət məmurlarının  polisə qarşı həqarət etməsinin, onu aşağılamasının, əl qaldırmasının, yumruq vurması halının indiyədək şahidi olmamışam. Bu qeyri-normal bir haldır. Bu insan əgər qanunverici hakimiyyətin, xalqın seçdiyi deputatdırsa, toxunulmazlıq hüququndan istifadə edərək  bu dərəcədə əndazəsini aşıb hakimiyyətin səlahiyyətli nümayəndəsinə qarşı – cinayətkarlıqla mübarizə aparan, gecə-gündüz Azərbaycan xalqının konstitutsion hüququnu- təhlükəsizliyini təmin edən əməkdaşına qarşı bu şəkildə həqarət edirsə, onun parlamentdə öz səlahiyyətlərini davam etdirməsi mümkün deyildir. Azərbaycan dövləti hüquqi dölətdir, hüququn aliliyi təmin olunur – o prinsip var, bundan sonra qanunların aliliyi prinsipi var. Hüququn aliliyində hər bir vətəndaş bərabərdir. Bildiyimə görə, əksər  inkişaf etmiş ölkələrdə parlamentin üzvü yalnız parlamentin daxilində  qanun layihələrinin  müzakirəsi zamanı toxunulmazlıq hüququna malikdir. Bir daha deyirəm, polisə əl qaldıran deputat parlamentdə əyləşə bilməz...

***

Şəmsəddin Əliyevin sözlərinə görə, deputatlar parlamentdən kənar yerlərdə öz seçicisi ilə eyni bərabər hüquqa malikdir və belə olmasaydı bərabərlik hüququ mənasız olardı: “Düşünürəm ki, bu, yalnız Azərbaycan polisinə qarşı deyil, Daxili İşlər Nazirliyinə qarşı həqarətdir. Nə qədər ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi qərarların icrası ilə məşğuldular, bu,  Operativ Qərəgahın qərarlarına və onun səlahiyyəli nümayəndələrinə həqarətdir,  həm də qanunların və hüququn aliliyinə müstəsna hörmətsizlikdir. Və bunu bu şəkildə qoysaq, nə  hüququn aliliyindən, nə də qanunların aliliyindən danışmağa dəyməz. Düşünürəm ki, sərt qərar qəbul etmək lazımdır. Əgər biz bu gün o deputata qarşı sərt qərar qəbul etməsək, qanunlarımız küçədə dayanan çılpaq qadına bənzəyəcək”,- deyə hüquqşünas vurğuladı.

Qeyd edək ki, artıq Milli Məclisin sədri MM-in 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırıb. Növbədənkənar sessiyanın ilk iclasının avqustun 3-də keçirilməsi nəzərdə tutulur.

Bəziləri üçün qısa xatırlatma:

“Polis haqqında Qanun:

Maddə 7. Polisin qanuni tələblərinin icrasının məcburiliyi 

I.  Polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.

II. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.

III. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 8. Polisin fəaliyyətinə müdaxilənin yolverilməzliyi 

 Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur”.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN