Ağır döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərində Rusiya Ukraynadan 5 dəfə çox hərbçi itirib.

Tezadlar.az "Azadlıq Radiosu"na istinadla bildirir ki, bu barədə NATO-nun hərbi nümayəndəsi məlumat verib. Adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri də Baxmutda xeyli itki verir. Eyni zamanda, Hərbi Media Mərkəzinin məlumatına görə, martın 5-də şəhərə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski baş çəkib. Onun sözlərinə görə, Baxmut uğrunda döyüşlər ən yüksək gərginlik həddinə çatıb: “Müdafiəçilərimiz düşmənə xeyli ziyan vurub, çoxlu sayda texnikanı məhv edib, “Vaqner”in ən yaxşı hücum bölmələrini döyüşə atmağa məcbur edib və düşmənin hücum potensialını azaldıb”.

Beləliklə, Rusiya KİV-lərinin feyk məlumatlarına baxmayaraq, kəşfiyyat məlumatları da təsdiqləyir ki, Baxmut şəhəri Ukrayna ordusunun nəzarətindədir.

Xatırkadaq ki, daha 10 Ukraynalı pilot ABŞ-a yola düşür. Onlar F-16 qırıcıların idarə edilməsini mənimsəyəcəklər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN