Bu gün martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək.

Tezadlar.az Haber-Türkə istinadla bildirir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər. Türkiyə prezidenti R.T.Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub. Bu gün həm də Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.

Bu zirvə görüşü türk dünyası birliyinin təmərküzləşməsi və qarşılıqlı olaraq Turan birliyinin bir ifadəsi kimidir. Ermənistan vı Fransa mediası isə bu birliyi tənqid etməklə, guya Rusiya ilə ara vurmaöa cıhd edirlər. Düşmən ölkənin mediasl, hətta bu birliyi Avropa Birliyinə qarşı yönəlmiş bir siyasi təşkilat kimi qiymətləndirir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN