Məlum olduğu kimi, Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv edib.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə - milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq - Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır.

Belə ki, bu xüsusda, dünya azərbaycanlıları Türkiyənin “yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədi ilə “hərəmiz bir fidan olaq” adlı kompaniyaya start verib.

Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaq.

Qeyd edək ki, hazırda Türkiyənin 39 vilayətində 174 yanğından 160-ı nəzarətə alınıb. Belə ki, ölkənin 5 vilayətində 14 sahədə meşə yanğınları davam edir.

Bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşə Baş İdarəsindən 28 iyul-4 avqust tarixlərində baş verən yanğınlarla bağlı yayılan yazılı açıqlamada bildirlib.

Bundan başqa, kənd təsərrüfatı sahəsində 98 yanğına müdaxilə edildiyi qeyd olunub.

Son məlumata görə, hazırda bu yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), 51 helikopter, bir pilotsuz vertolyot, 850 suçiləyən və su tankeri, 150 inşaat texnikası və təxminən 5250 işçi heyət fəaliyyət göstərir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN