Fərqanədən Moskvaya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinin səhhətinin pis olması səbəbindən Daşkənd beynəlxalq hava limanına məcburi eniş edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Limanlarının mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus SU1971 reysi ilə Fərqanə-Moskva reysi ilə uçan təyyarə Daşkənd hava limanında təcili eniş edib, buna səbəb sərnişinlərdən birinin səhhətinin pis olmasıdır”, - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, təyyarə eniş etdikdən sonra 1954-cü il təvəllüdlü sərnişin insult şübhəsi ilə Daşkənddəki tibb müəssisələrindən birinə yerləşdirilib və Rusiya aviadaşıyıcısının təyyarəsi Moskvaya uçub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN