Yujno-Saxalinsk - Novosibirsk marşrutu ilə uçan S7 aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin ölümü ilə əlaqədar İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanına məcburi eniş edib.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Şərqi Sibir Nəqliyyat Prokurorluğundan məlumat verilib.
“Sibir Hava Yollarının Yujno-Saxalinsk - Novosibirsk marşrutu ilə uçan 5258 saylı reysi Bratskda təcili eniş edib, sərnişinlərdən biri xəstələnib və dünyasını dəyişib”, - deyə nəqliyyat prokurorluğu məlumat yayıb.
Təyyarə saat 13:33-də (Moskva vaxtı ilə 09:33) Novosibirska uçub.
E.ŞİRİNOV