Türkiyədə turistləri aldadaraq 2,1 milyard türk lirəsini ələ keçirən (təxminən 60 milyon dollar) 12 dələduz saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, fırıldaqçılar bungalov formatında otellər üçün saxta reklamlar yerləşdiriblər və pulu aldıqdan sonra əlaqəni kəsiblər. Nəşr qeyd edib ki, yüzlərlə insan fırıldaqçıların əlindən zərər çəkib.

“Əməliyyat nəticəsində 20 şübhəli saxlanılıb, onlardan 12-si həbs edilib. Şübhəlilərdən 6 avtomobil və bir motosiklet müsadirə edilib, ümumilikdə hesablarında vətəndaşları aldatmaq üçün istifadə edilən 2 milyard 147 milyon 983 min türk lirəsi olub”, – agentliyin açıqlamasında deyilir.

Fırıldaqçıların saxlanması əməliyyatı İstanbul da daxil olmaqla ölkənin 9 rayonunda təxminən 5 aya qədər hazırlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN