"Mən buradan sizin yanınıza keçirəm və sizinlə bir yerdə olacağam".

Tezadlar.az xəbər verir ki, bu sözləri Salome Zurabişvili Orbeliani Sarayının qarşısında toplaşan vətəndaşlara müraciətində deyib. O bildirib ki, gürcü xalqına və ölkənin Konstitusiyasına sadiq qalır: "Əvvəlcə, bu gün buraya gəldiyiniz üçün hamınıza dərin təşəkkürümü bildirmək istəyirəm, çünki bu gün orada boşluq var, burada isə cəmiyyət. Oradakılar özlərini qapadıblar, biz isə bayırdayıq, çünki nə qandalardan, nə də başqa heç nədən qorxmuruq. Mən sizə demək və sizə hesabat vermək istəyirəm - 6 il əvvəl mən Konstitusiyaya and içdim, lakin bundan da önəmli olan, ölkəyə və sizə olan sədaqətimdir. Buna görə bu gün buradayam və bu sədaqət heç vaxt dəyişməyəcək. Mən sarayın içərisində və ya xaricində olsam da, mən sizinlə bir yerdə olacağam. Mən özümlə qanuniliyi, bayrağı və sizin etimadınızı aparıram. Bu saray Orbelianlara qaytarılmalıdır", - deyə Salome Zurabişvili qeyd edib. Onun sözlərinə görə, qanunilik xalqdan gəlir və buna görə o, məhz xalqla birlikdə olacaq. O həmçinin bildirib ki, ölkədə azad media qorunmalıdır, çünki azad media olmadan nə azad seçkilər, nə də azad cəmiyyət olmayacaq. Salome Zurabişvili çıxışından sonra, Orbeliani sarayını tərk edərək binanın yaxınlığında toplaşan vətəndaşlara qoşulub.

Qeyd edək ki, hazırda parlament binasında ölkənin altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi baş tutur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN