Ötən gün Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin AZAL-a məxsus təyyarənin qəzasını araşdırmaq üçün Qroznıya gəlib.
İstintaq Komitəsi açıqlamasında bildirib ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması) ilə başlanılıb. Aleksandr Bastrıkinə istintaqın gedişi barədə məlumat verilib. Təyyarə qəzalarının araşdırılmasında təcrübəsi olan mütəxəssislərin daxil olduğu istintaq-əməliyyat qrupu yaradılıb.
Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, təyyarə “xarici fiziki təsirə” məruz qalıb. Rusiya, Qazaxıstan və Azərbaycan təyyarə faciəsini birgə araşdırır. Artıq tam sübut olunub ki, təyyarə Çeçenistan ərazisində raketlə vurulub. Bunu təyyarənin qalıqlarındakı izlər, eləcə də sərnişinlərin ifadələri də təsdiqləyir...
A.Məmmədli