...Tanınmış ekspert- İstehlakçıların Hüquqlarının Müdafiəsi İB- nin sədri Eyyub Hüseynov çıxılmaz vəziyyətlə üzləşib...
Bəli, məhz çıxılmaz vəziyyət yaranıb! Adi vaxtlarda ayağını ayağının üstünə qoyan kimi qayda pozma bəhanəsi ilə sürücülərə yüksək cərimə kəsən Dövlət Yol Polisinin əməkdaşları özləri qanunu pozanda bunu adi hal kimi qəbul etməli oluruq. Niyə? Məgər qanun hamı üçün deyil ki?!
XXX
Budur, uzun müddətdir Filippində işgüzar səfərdə olan İstehlahçıların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Eyyub Hüseynova 21 dekabr 2024- cü ildə Bakı- Qazax yolunun 29,5 km- liyində sürət həddini aşma barədə inzibati cəza- 10 manat cərimə gəlib... Filippindən həyəcanlı halda "Təzadlar"a zəng edən cənab E.Hüseynovun sözlərindən belə məlum olur ki, o, telefonuna Baş Dövlət YPİ- dən daxil olan bu məzmunlu mesajdan ciddi həyəcan və sterst keçirib: "...Açığı, düşündüm ki, demək, mənə məxsus avtomobil oğurlanıb... Dərhal evə zəng etdim, bildirdilər ki, maşın sağ və salamatdır... Hətta əvvəl istədim DİN- nin 102 xidmətinə avtomobilin oğurluğu ilə bağlı məlumat da verim, amma nə yaxşı ki, bunu etmədim... Dərhal sistemə daxil olanda məlum etdim ki, sən demə, eyni dövlət nömrə nişanlı avtomobil, sadəcə, başqa markalı olmaqla fərqli şəxsə məxsusdur, Baş DYPİ- nin operatoru, deyəsən, fikirli olub və bu cəriməni mənə göndərib... Mən ciddi stress keçirib narahat olmuşdum, amma...".
Beləliklə, Filippində həyəcan və sress keçirən tanınmış QHT rəhbəri məsələ ilə bağlı aidiyyəti üzrə, xüsusən də Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova şikayət verməyə hazırlaşır... Sitat: "Təşkilatımıza belə şikayətlər çox olur, bəzən inanmırdım, amma bu dəfə özüm belə bir problemin subyekti oldum... Axı, bəzən adi bir məcburiyyətə görə qayda pozan sürücüyə 100-200 manat cərimə tətbiq edın DYP inspektorları niyə özləri qanun pozuntularına görə də cavab verməsinlər? Mən ciddi sarsıntı keçirmişəm, narahat olmuşam, psixoloji haldan- hala düşmüşəm. Niyə belə olmalıdır???".
Şikayət Azərbaycan daxili işlər naziri cənab Vilayət Eyvazova tədbir görülməsi üçün göndəriləcək. Günahkar cəzalandırılanadək...
Elçin Məmmədli,
1- Cİ QARABAĞ MÜHARİBƏSİ VETERANI