“Rusiyanın müxtəlif şəhərlərində Heydər Əliyevin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi onun irsinin Rusiyada yüksək qiymətləndirildiyini

və adının dövlətimizin tarixinə əbədi həkk olunduğunu göstərir. Şübhə etmirəm ki, Heydər Əliyevin həyatı və gördüyü işlər Azərbaycan və Rusiya xalqlarının bir çox nəsilləri üçün örnək olacaq”.

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışında deyib. Matviyenko qeyd edib ki, Heydər Əliyevin taleyi Rusiya ilə sıx bağlı olub: “Bugünkü sərginin adının Heydər Əliyevin “Rusiya mənim qəlbimin bir parçasıdır” sitatı ilə adlanması da simvolik məna kəsb edir. Prezidentlərimiz Vladimir Putin və İlham Əliyev Rusiya ilə Azərbaycan arasında formalaşmış çoxəsrlik dostluq ənənəsini bu gün də davam etdirirlər. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə strateji əlaqələrin möhkəmləndirilməsinin bariz nümunəsidir”.

Federasiya Şurasının sədri xatırladıb ki, Sovet İttifaqı dağılandan sonra məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoya bilib.

Onun sözlərinə görə, Azərbaycanın sabit, firavan, dinamik inkişaf edən dövlətə çevrilməsinin əsasını məhz Heydər Əliyev qoyub: "O, həqiqətən də xalqın məhəbbətini və beynəlxalq aləmdə rəğbət qazanıb”.

Matviyenko Ümummilli Liderin Rusiya və Azərbaycan xalqları arasında dostluğa xüsusi önəm verdiyini vurğulayıb: “Təkcə Azərbaycanda, Rusiyada deyil, bir sıra başqa dövlətlərdə də Heydər Əliyevin abidələri ucaldılıb, onun adı küçə və meydanlara verilib. Məncə, Heydər Əliyev şəxsiyyətinə belə dərin ehtiram onun xalqın mənafeyi naminə çoxillik fəaliyyətinə verilən ən yaxşı qiymətdir. Heydər Əliyev bütün həyatı boyu Rusiya və Azərbaycan xalqları arasında dostluğa xüsusi önəm verib. O, Rusiyaya, rus dilinə, rus mədəniyyətinə böyük məhəbbətlə yanaşırdı”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN