Türkiyədə prezident seçkiləri ikinci tura qaldı.

Bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener deyib

Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına görə,Rəcəb Tayyib Ərdoğan 49,50% səs,Kamal Kılıçdaroğlu 44,89%, Sinan Oğan 5,17%, Məhərrəm İncə isə 0,44% səs toplayıb.

İlk seçkidə ən çox səs toplayan iki namizəd mayın 28-də keçiriləcək ikinci səsvermədə mübarizə aparacaq.

Qeyd edək ki, ikinci tur namizədlərdən heç birinin 50 faizdən çox səs qazanmadığı halda baş verir.

Seçkilər ikinci tura keçəcəyi təqdirdə seçicilər birinci turda səs verdikləri məntəqələrdə yenidən seçkiyə gedəcəklər. Seçkinin birinci turunda səs verməyən seçicilər ikinci turda öz səslərini verə biləcəklər.

 Xatırladaq ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN