booked.netbooked.net booked.net  

Dünən Bakıdakı "Xəmsə" Şadlıq Sarayında "Təzadlar" qəzetinin 30 illik yubileyi təntənəli qeyd olundu...

Mərasimdə Azərbaycan mediasının və hüquq ictimaiyyətinin tanınmış simaları, rəsmi şəxslər, dövlət xadimləri... iştirak edirdilər... Tədbiri politoloq Zəlimxan Məmmədli açıq elan etdikdən sonra 30 il ərzində həyatdan köçmüş görkəmli ziyalıların, o cümlədən Ulu Öndər Heydər Əliyevin, dünya şöhrətli alim Xudu Məmmədovun, eləcə də qəzetin redaksiya heyətinin üzvləri- Xalq şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, professorlar- Nurəddin Rzanın, Şahmar Əkbərzadənin, Famil Mehdinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Azərbaycan Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, qocaman hüquqşünas İkram Kərimov qəzetin yaradıcı heyətini təbrik etdi, bundan sonrakı fəaliyyətinə xeyir-dua verdi.

Yubiley tədbirində Azərbaycan Dövlət Qaçqınkom-un sədri Rövşən Rzayevin, Azərbaycanın Əməkdar Hüquqşünası, professor İlham Rəhimovun, "Azərsun" Holdinq rəhbərliyinin, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin...  təbrikləri diqqətə çatdırıldı. Sonra tanınmış hüquqşünas Adil Minbaşı, Xəzər Universitetinin rektoru İradə xanım Xəlilova, Hollandiyada yaşayan "Xudafərin" jurnalının baş redaktoru Elman Mustafazadə, Azərbaycan-İrak Mədəniyyət Mərkəzinin rəhbəri Tahirə Məmmədova, DİN-nin polkovniki Elbrus Rüstəmov, yazıçı- publisist Mehriban Vəzir və başqaları çıxış edərək qəzetin 30 illik fəaliyyətinə işıq saldılar,

Azərbaycan  Mətbuat Şurası İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli çıxış edərək "Təzadlar" qəzetinin səmərəli fəaliyyətinə görə baş refaktor Asif Mərziliyə Azərbaycan Mətbuat Şurasının Diplomunu təqdim etdi.

Yubiley tədbirində, həmçinin Türkiyədən, Ukraynadan, Almaniya və Rusiyadan, İsveçrədən... qəzetin ünvanına göndərilmiş videotə-briklər təqdim olundu. Eləcə də İslam Ölkələri Akademiklər Birliyinin sədri, Türkiyə Baş Nazirinin sabiq müşaviri (Türkiyə) Pr.Dok. Bayram Altanın, Rüsiya Federasiyasının Əməkdar rəssamı  (Moskva) Əsgər Məmmədovun, Ukrayna Baş nazirin sabiq müavini Burzu Əliyevin, Professor, Rusiya Vəkillər Gildiyiasının vitse-Prezidenti, Başqırdıstan Dövlət İmtahan Komissiyasının sədri (Rusiya) Valeh Abbasovun, Türk Dünyası Yazarlar Birliyinin sədri, KASSAK təsisçisi (Türkiyə) Salih Kurtun, İsrailin AVIV telekanalının baş redaktoru, «Sputnik» qəzetinin təsisçisi (İsrail) Mark Qorinin, İran Aşıqlar Birliyinin sədri (İran) Aşıq Səlcuq Şahbazinin, Türkiyənin TRT-Radio-sunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri (Türkiyə) Sevda Mirzənin, Almaniya- Azərbaycan Muğam Fondunun rəhbəri (Berlin) Abdulkadir İnaltəkinin, Rusiya Federasiyası Mari El Respublikası «Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti" Fondunun sədri (Rusiya) Oqtay Hüseynovun, Mari El Respublikası Mədəniyyət, Mətbuat və Millətlər nazirinin 1-ci müavini (Rusiya) Sadovin İqor Gennadieviçin, Mari El Respublikası Mədəniyyət, Mətbuat və Millətlər Nazirliyinin Baş İdarə müdiri Çemışev Mixail Valerieviçin, «Təzadlar» qəzetinin Avropa üzrə xüsusi müxbiri (İsveçrə) İlham Rəsulun.

Tədbirdə, həmçinin tanınmış media rəhbərləri, professorlar, hüquqşünaslar çıxış edərək kollektivə uğurlar dilədilər.

JASMİN 

a10983a9-fee6-4e58-9a0e-5856c4b2e5db
753dea48-7f71-4d7b-ab25-cfd0463786fd

a599aedd-1079-40f5-825c-e60f8a76dab7f5c5f649-94a0-4c63-bff5-e56538cb40b5

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN