"TÜRKSOY-un 30 illik yubileyini Azərbaycanda və türk dünyasının mədəniyyət paytaxtı Şuşada da qeyd edəcəyik”.
Bunu report-un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib.Baş katib deyib ki, TÜRKSOY-un yubileyi 6 türk dövlətində xüsusi proqramlarla qeyd olunacaq:
“Yubiley tədbirlərinə Qazaxıstandan başlamağa qərar verdik və mayın 3-də 30 illik fəaliyyətin nəticələri, bundan sonrakı fəaliyyətlər mövzusunda dəyirmi masa keçirdik. Ümumilikdə isə iyunun 9-da Almatıda, iyunun 13-də Bişkekdə, 18-də Daşkənddə, 28-29-da isə Aşqabadda təşkilatımızın 30 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Hər ölkədə TÜRKSOY həftəsi çərçivəsində foto və rəsm sərgiləri, türk dünyası geyimlərindən ibarət sərgi və s. tədbirlər olacaq”. Sultan Raev vurğulayıb ki, TÜRKSOY-un ənənəvi tədbirləri olan rəssamların, fotoqrafların, şairlərin, muzey və teatr müdirlərinin görüşləri də daxil olmaqla, müxtəlif səpgili silsilə tədbirlərin keçirilməsi planda var:
“Biz bu tədbirlərin məhsuldar və səmərəli nəticələnməsi üçün Şuşada keçirilən digər ənənəvi tədbirlər çərçivəsində təşkilini təklif etmişik. Bu tədbirlərdə ərsəyə gələn foto və rəsm əsərləri oktyabr ayında nəzərdə tutulan TÜRKSOY-un Daimi Şurasının iclası zamanı Şuşada və 30 illik tədbirləri çərçivəsində Bakıda sərgilənəcək. Daha sonra bu əsərlər kataloq, albom şəklində TÜRKSOY tərəfindən nəşr olunacaq”.