Məktəb – bizim mənəvi beşiyimizdir desəm, yanılmaram. Çünki biz məktəbdə təkcə yazıb-oxumağı, müxtəlif elmlərin sirlərini öyrənmirik, həmçinin gələcəyimizin təməli qoyulur. Məktəb bizim təhsil almaq hüquqlarımızı təmin etməklə yanaşı, həm də təlim və tərbiyəmizdə böyük rol oynayır.

Mən sizə bu dəfə məktəb-şagird, məktəb-valideyn, şagird-şagird münasibətləri haqqında söhbət açacağam. Belə demək mümkünsə, məktəb kiçik bir cəmiyyətdir. Pedaqoqlar isə deyirlər ki, uşaq ailənin güzgüsüdür. Ona görə ki, məktəbdə təhsil alan hər bir uşaq öz ailəsindəki tərbiyəni, "davranış qaydaları”nı təcəssüm etdirir.  Bir atalar sözü də var ki, uşağa qarşı diqqət və qayğının nə dərəcədə vacib olduğunu bir daha diqqətimizə çatdırır: ‘‘Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir’. Bu baxımdan, hər bir şagird öz ailəsi haqqında mənfi fikir yaranmasın deyə, məktəbin daxili nizam-intizam qaydalarına riayət etməldir. Çünki daxili nizam–intizam qaydaları şagirdlərin  həyat və sağlamlığının, tədris prosesinin təhlükəsizliyinin təminatına, eyni zamanda məktəbdə hər bir şagirdin uğurlu təliminə köməklik edən əsas vasitələrdəndir.

Məhz bu qaydalar məktəbdə dərs prosesinin daha keyfiyyətli aparılması, təlim-tərbiyə işinin nizam-intizama əsaslanaraq təşkil edilməsi, məktəb-şagird, məktəb-valideyn, şagird-şagird münasibətlərinin konkret qaydalarla tənzimlənməsi məqsədi ilə tərtib edilir.

Ancaq iş orasındadır ki, bu gün bir çox ailələrin uşaqlara verdiyi tərbiyə yetərincə deyil. Çünki görürük ki, uşaqların get-gedə iradəsi zəifləyir, ani əhval dəyişikliyi yaranır, səbəbsiz yerə əsəbləşirlər. Mənə elə gəlir ki, bunların səbəbi valideynlərdir. Ortaya belə bir sual çıxa bilər ki, uşağın iradəsindən, səbəbsiz yerə əsəbləşməsindən valideynə nə dəxli var?! Bu suala "valideyn böyük qüvvədir" ifadəsi ilə cavab verə bilərəm. Bəzən əksəriyyət valideyn "məndə günah yoxdur, uşağımla bacarmıram" deyə yaxasını kənara çəkməyə çalışır. Çox təəssüf ki, günümüzdə bu  cümləni çox tez-tez eşidirik. Xeyr, əziz valideynlərimiz, tərbiyə, nizam-intizam ailədən gəlir. Bu gün məktəblərdə gözlərimiz qarşısında bir çox şagirdlər tərbiyəsiz hərəkət edir və nizam-untizam qaydalarını pozurlar. Halbuki biz şagirdlər məktəbin daxili nizam–intizam qaydalarına əməl etmirlər. Əfsuslar olsun  ki, məktəbin daxili nizam–intizam qaydalarını pozan şagirdlər sırasında  qızlar da yox deyil: dərsə məktəbli formasız gəlirlər, makiyaj edirlər, saçlarını rəngləyirlər, yaxud yuxarı sinfin oğlanları saqqal saxlayırlar... Təbii ki, bu və bu kimi problemlərin səbəbi valideyn diqqətsizliyi, nəzarətsizliyidir. Bəzən  valideynlərə "uşağınıza tərbiyə verin" dedikdə , bunu "uşağa şiddət göstərmək" kimi başa düşürlər. Valideynlərin bu cür hərəkətlərinə görə dərslərini oxumayan şagirdlərin sayı artır. Ali məktəbə qəbul ola bilməyəndə də intihar edirlər. Bu səbəbdən də get-gedə gənclərin ölüm xəbəri çoxalır. Odur ki, şagirdlərin məktəbin daxili intizam–intizam qaydalarını pozmaları günümüzdə ən aktual problemlərdən biridir. Bu problem bizi çox narahat edir. Ümid edirik ki, bu problem aradan qaldırılacaq. Ən əsası isə uşaqların tərbiyəsi ilə bağlı valideynləri düzgün istiqamətləndirmək lazımdır ki, istənilən nəticə əldə olunsun. Düzdür, hər kəs deyir valideynlərdə günah yoxdur. Baxın, bir sinifdə 20-25, 30-35 şagird təhsil alır. Hər biri isə ayrı-ayrı ailələrdən gəlir. Və hər kəs evdə aldığı tərbiyəni nümayiş etdirir. Valideynlərin boşanması da  uşaqlarda narahatlıq, təhlükəsizlik hissinin itməsi və gələcəkdə münasibət problemlərinə səbəb ola bilir. Bu səbəbdən də valideynlər problemləri bir-biri ilə həll etməyin yollarını tapmağa çalışmalı, ən əsası, uşaqları boşanma prosesindən mümkün qədər uzaq tutmaq lazımdır. Çünki uşaq dünyaya gəldiyi gündən valideynlərin üzərinə böyük bir yük, məsuliyyət düşür. Ailə-usaq, məktəb və cəmiyyət – bütün bunlar biri digərini formalaşdıran, inkişaf etdirən və əks-təqdirdə biri digərinə zərbə vuran subyektlərdir. Bəs necə edək ki, ailələr möhkəm, uşaqlar tərbiyəli, məktəblər sözün ən geniş və dərin anlamında elm, təhsil ocağı kimi qəbul edilsin?! - sualına subyektiv olaraq cavabım belədir: milli-mənəvi dəyərlərimizi qoruyaq, yaşadaq və zənginləşdirək, təhsilalanlar dəyərlərə məhəbbət ruhunda tərbiyə olunsun, şagirdlərdə yaradıcı düşüncə meyilləri gücləndirilsin... Bax belə...

Səma TAĞIZADƏ,

Bakı şəhəri 212 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN