Dələduzlar, sanki hardasa xüsusi kurs keçib bu cinayəti törətmək üçün sertifikat alırlar...
Budur, işə düzəltmə adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlum olur ki, “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.
Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu da dələduzluq yolu ilə aldatmanın sonu! İşə düzəltmək istədi, amma özünü "işə" saldı...
ELŞAD