Mayın 31-də Kişinyovda Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərinin böyük görüşünün keçirilməsi planlaşdırılır.

"Təsdiq edə bilərəm ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş olacaq. Sabah prezident Makron və kansler Şoltsla böyük görüş olacaq. Bu, bizim üçün böyük bir işdir, biz bunu ciddi şəkildə hazırlayırıq", - Aİ diplomatı bildirib.

 Görüşdə İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron və Olaf Şoltsdan başqa, Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək. Danışıqlar Avropa siyasi sammiti çərçivəsində baş tutacaq.

 Azərbaycanın dövlət başçısı İlham Əliyev hesab edir ki, sülhün imzalanması yolunda heç bir maneə qalmayıb, o, bu yaxınlarda Moskvada keçirilən üçtərəfli danışıqları konstruktiv adlandırıb. Ermənistanın baş naziri isə əks fikirdədir. Onun sözlərinə görə, Moskvada keçirilən görüş qənaətbəxş olmayıb və yaxın vaxtlarda sülh müqaviləsi imzalanmayacaq. Baş nazir bildirib ki, sənəd razılaşdırılmayıb, ona görə də Kişinyovda Bakı və İrəvan arasında Avropa danışıqlarının yeddinci raundu çərçivəsində imzalanma olmayacaq.

Jasmin

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN