Qonşu Ermənistanın təxribatları ilə üz-üzə olan Azərbaycanın müdafiə və milli təhlükəsizlik məsələləri ən prioritet istiqamətlərdəndir.

Hər gün atəşkəsi pozan, ərazilərimizə saysız-hesabsız minalar basdıraraq vətəndaşlarımızın həyatına təhlükə yaradan, ölümünə səbəb olan, sülhə hər vəchlə əngəl yaradan Ermənistan, üçtərəfli Bəyannamənin şərtlərinə əməl etmək yerinə xaricdən silah daşımaqla, ölkəmizi təxribata çəkməklə məşğuldur...

Artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi göndərilib. 

Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1 milyard manat artırılır.

Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcəkdir.

Bəli, bu gün Ermənistandakı revanşist qüvvələr də, ümid etdikləri xarici havadarları da, nala-mıxa vuran Paşinyan da bilməlidir ki, Azərbaycan bir qarış belə torpağından vaz keçməyəcək. Gec-ya tez, zorla ya xoşla Ermənistan Bəyənnamənin şərtlərini yerinə yetirəcək. 

P.S. Xatırladaq ki, 2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram (1,3 milyard dollar) təşkil edəcək. Bu,  Ermənistanın tarixində ilk belə böyük hərbi büdcə vəsaitidir. Belə ki, 1 milyard dollardan çox  hərbi büdcə vəsaiti müdafiə xərclərinin 40%-dən çox artırılması deməkdir...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN