16 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi təsis olunmasının “gərgin humanitar vəziyyət” yaratdığı, Azərbaycanın “erməni sakinlərin gündəlik tələbat malları və tibbi məhsullarla təmin olunmasınının qarşısını aldığı”, “etnik təmizləmə siyasəti həyata keçirdiyi”, Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi iddialara cavabında deyilib. 

"Bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.

 Görünür ki, bu məntəqənin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir.

 Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur.

 15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.

 Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir. 

 Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik", -deyə XİN-dən bəyan edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN