Ermənisatan tərəfi ötən gün Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində həyata keçirdikləri qanlı təxribatlarının nəticəsini qıraqda axtarmağa çalışırlar.

Belə ki, bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona “həddən ziyadə narazılıq”larını bildiriblər.

 Çağırışa səbəb ötən gün baş vermiş hadisə, erməni snayperlərinin Azərbaycan sərhədçiləri və Rusiya sülhməramlılarına atəş açması, Azərbaycan hərbçilərinin Həkəri çayı üzərindəki körpüdə Azərbaycan ərazisində bayraq sancması olub.

“Rusiya sülhməramlılarının iştirakı ilə Həkəri körpüsü yaxınlığında baş vermiş insidentlə bağlı ER Xarici İşlər Nazirliyində keçirilən görüşdə Rusiya Federasiyasının Ermənistandakı səfirinə hədsiz narazılıq ifadə olunub”,- deyə ER XİN-dən bildirilib.

 Bundan əlavə,  Ermənisatan tərəfi Kopırkini fövqəladə vəziyyətin dəqiq hallarını aydınlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə, habelə vəziyyəti düzəltmək üçün tədbirlər görməyə çağırıb.

Xəbər verdiyimiz kimi, ötən gün  saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 Bu gün isə Ermənistan tərəfinin  "Laçın" sərhəd-buraxılış məntəqəsində törətdiyi hərbi insidentin kadrları yayılıb. Həmin kadrlardan da ermənilərin atəş açdığı görünür. 

Lakin Ermənistan tərəfinin həmişə olduğu kimi, günahı özündən uzaqlaşdırma cəhdi gözlənilən idi və əbəsdir. Çünki ortada əlahəzrət fakt var və onu dəyişmək mümkün deyil. Dalana dirənmiş Ermənistan isə çabalamaqdadır... 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN