Qazaxıstan Respublikasının prezidenti Kasım Jomart Tokayev  Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

 Dövlət başçısı tədbirdə Rusiya Federasiyasındakı vəziyyətlə əlaqədar tapşırıqların yerinə yetirilməsi ilə bağlı tədbirlər haqqında Baş nazirin, Baş prokurorun, Milli Təhlükəsizlik Komitəsinin sədrinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin məruzələrini dinləyib.

Bu barədə Telegram kanalının mətbuat xidməti məlumat yayıb.

***

 Rusiyada baş verənlərin onun daxili işi olmasına baxmayaraq, Qazaxıstan xalqı Qazaxıstanın dünyada ən uzun sərhədi olan dost ölkədəki vəziyyəti narahatlıqla qarşıladı.

 Prezident K.J.Tokayev qeyd edib ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır.

 Dövlət başçısı xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Rusiya hakimiyyətinin konstitusiya quruluşunun bərpası və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərini dəstəkləyib. Kasım-Jomart Tokayev hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı alqışlayıb.

 Tokayevin sözlərinə görə, ictimai asayişin və sosial-iqtisadi inkişafın təmin edilməsinin əsası kimi qanunun aliliyi prinsipi istənilən dövlətin, o cümlədən Qazaxıstanın daxili siyasətində əsas prioritet olmalıdır.

 Görüş zamanı ölkədə maliyyə-iqtisadi sabitliyin, eləcə də Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi qeyd edilib.

 Prezident bütün idarələrin rəhbərlərinə böhran vəziyyətlərinin mümkün təhlükələrinə cavab verməyə hazır olmağı tapşırıb.

 Təhlükəsizlik Şurasının iclasından sonra dövlət başçısı Hökumət tərəfindən hazırlanmış Əməliyyat Fəaliyyət planını təsdiqləyib.

***

Məlum olduğu kimi, iyunun 24-ə keçən gecə "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin Rusiya Federasiyasının Müdafiə Nazirliyini ÖHŞ-in düşərgəsinə raket hücumunda ittiham edərək, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı üsyan və Moskvaya yürüş elan edib. ÖHŞ-in yaraqlıları Rostov-Dona daxil olaraq hərbi və inzibati obyektləri ələ keçiribilər.

 Vladimir Putin xalqa televiziya ilə müraciətində  bunu “kürəyindən bıçaq zərbəsi” və “xəyanət” adlandırıb və qiyamın təşkilatçılarının “qaçılmaz cəzaya məruz qalacağını” bildirib. Moskvada, Moskva vilayətində və digər bölgələrdə antiterror tədbirləri tətbiq edilib.

Daha sonra isə Belarus prezidenti Aleksandr Lukaşenko 20 ildən bəri tanıdığı Priqojinlə danışığa getməsi üçün Moskvaya təklif verib və razılıq alıb. Ötən gecə bu danışıq  öz bəhrəsini verib və Priqojin yola gətirilib...

Hələ ki, sakitlikdir...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN