Bəli, Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyildir...

Tezadlar.az bildirir ki,  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində bu barədə yazlb... Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən o, deyib: “Birincisi, yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil. İkincisi, Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Üçünçüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”.

Təcrübə isə göstərir ki, Ermənistan xəstə təxəyüllülərin inhisarındadır və ikiüzlülük onların həyat kredosudur...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN