Bir neçə gün əvvəl müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində

müştəridən alınan hesabın fotosu sosial şəbəkələrdə paylaşılmış və bu, müzakirələrə səbəb olmuşdu.

TEZADLAR.AZ xəbər verir ki,  müştəri 107 manat 50 qəpik xidməthaqqı tutulmasından şikayət edib.

Belə ki, müştərinin sifariş etdikləri 430 manat edib. Bunun yanında ondan 107, 50 manat xidməthaqqı tələb olunub. Qəbzdə qeyd edilib ki, sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulur. 

hesab-restor

Müğənni Niyam Salami isə restoranında baş verənlərdən heç də xəbərsiz olmadığını və müştərilərə həmin məkana gəlməmişdən öncə bütün şərtlərin izah edildiyini bildirib. 

***

Niyam məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə restoranında belə cavab verib:

"Buraya gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansambl ilə canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?"(axşam.az).

Müğənninin təqdim etdiyi hesablaşma üsulundan (məkanda sifariş edilən yeməklərin hesabı) belə çıxır ki, əgər siz hər hansı dostlarınızla bu məkanda istirahət edib yemək yeyəcəksinizsə, məsələn, sizə 1000 manatlıq hesab gətiriləcəksə əlavə olaraq Niyamın canlı musiqisinə qulaq asdığınız üçün 250 manat da ödəməli olacaqsınız. Və bu şərtlə razılaşmayanlar həmin istirahət mərkəzinin xidmətindən istifadə etməyə bilər...

Yəqin ki, müğənninin bu açıqlamasından sonra müştərilər ciblərinin ölçüsü uyğun gələrsə, həmin məkana üz tutacaqlar...

***

Qeyd edək ki,  Səfərov Niyaməddin Salam oğlu Masallı rayonunda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris alıb. 2009–2021-ci illərdə mərhum bəstəkar Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, ondan dərs almış və onun üçün bəstələdiyi 7 mahnısını da ifa etmişdi.

Xatırladaq ki, müğənni Niyam Salami əvvəllər aşpaz kimi fəaliyyət göstərib. İlk dəfə efirə də mərhum Xalq artistimiz Gülşən Qurbanovanın “Qaynar qazan” verilişinə aşpaz kimi çıxıb və sonradan müğənnilik fəaliyyətinə başlayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA