Gürcüstanda sürüşmə daha bir kurortu darmadağın edib...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Tbilisi meri, hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze Raça yüksək dağlıq rayonunda yerləşən Şovi kurortunun avqustun 3-də baş verən sürüşmə nəticəsində tamamilə dağıldığını açıqlayıb. 24News.ge xəbər verir ki, Kaladze bu barədə jurnalistlərə müsahibəsində qeyd edib. O bildirib ki, Raçada, xüsusən Şovidə baş verənlər çox ciddidir və demək olar ki, Şovi tamamilə palçıq altda qalıb: Kaladze Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, xilasedicilərə və könüllülərə minnətdarlığını bildirib. O, vurğulayıb ki, sürüşmə zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər gecə-gündüz davam etdirilir. Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir. Ölənlərdən 14-nün şəxsiyyətinin müəyyən edildiyi, onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı da var.

Faciə qurbanlarının taleyinə acımamaq mümkün deyil: istirahətə get, taleyin qapansın...

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN