Prezident Salome Zurabişvili Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusu verilməsi ilə bağlı Avropaya rəsmi səfərlərə start verəcəyini bəyan edib.

Tezadlar.az 24News.ge-yı istinadla xəbər verir ki, Zurabişvili səfərin sabah, 31 Avqust tarixində başalayacağını bildirmişdi. Prezidentin açıqlamasını hakim "Gürcü Arzusu" partiyasının parlament fraksiyasının sədri Mamuka Mdinaradze birmənalı qarşılamayıb. Onun sözlərinə görə, hökumət prezidentin bəzi məsələlərdə çıxışlarından narahat olduğu üçün, onun səfərinə razılıq verməyib: "Bildiyim qədəri ilə prezident Salome Zurabişvili namizəd statusu ilə əlaqədar yeni səfərin anonsunu verib. Ancaq, onun hökumət tərəfindən razılığı yoxdur. Konstitusiyaya əsasən, ölkənin xarici kursunu müəyyən etmək və həyata keçirmək hökumətin səlahiyyətindədir. Bundan qaynaqlı olaraq, bəli, Gürcüstan prezidenti ölkə konstitusiyasını pozur, ona qarşı hörmətsizlik edir. Hökumətin prezidentin səfərinə razı olmamasının öz səbəbləri var. Məsələn, Gürcüstan prezidentinin parlamentin tribunasında Gürcüstanın Avropaya inteqrasiyasının əleyhinə olan son çıxışını xatırlada bilərəm. Yəqin ki, hamınız heç olmasa ürəyinizdə mənimlə razılaşacaqsınız. Prezidentin çıxışında ölkənin Avropa inteqrasiyasının əleyhinə nə var idi? O, qeyd etdi ki, güya Gürcüstan hazırda Avropa ailəsinə üzvlüyə və namizəd ölkə statusuna layiq deyil. Gürcüstan həyata keçirdiyi islahatlarla ölkənin Avropa kursunun düzgün müəyyənləşdirilməsi və prioritetlər istiqamətində lazımi işləri yerinə yetirir" ,- deyə Mdinaradze vurğulayıb.
Xatırladırıq ki, Hökumət administrasiyası da məlumat yayaraq prezident Salome Zurabişvilinin xaricə səfəri ilə bağlı müraciətinə icazə verilmədiyini qeyd edib. Bu isə ciddi narazılıqla müşaiyət olunmaqdadır...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN