Ukrayna Prezidenti Volodimir Zelenski Aleksi Reznikovun müdafiə naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Zelenski videomüraciətində bildirib ki, Reznikovu Rustem Umerov əvəz edəcək. Onun sözlərinə görə, növbəti həftə parlamentə kadr qərarının verilməsi təklif olunacaq. Sitat: "Ukraynanın müdafiə nazirini dəyişmək qərarına gəldim. Hesab edirəm ki, nazirliyin həm hərbçilər, həm də ictimaiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rustem Umerov rəhbərlik edəcək. Ali Rada bu şəxsi yaxşı tanıyır və cənab Umerovun da əlavə təqdimata ehtiyacı yoxdur. Mən Radanın bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm. Payız güclənmə vaxtıdır”.

41 yaşlı Rüstəm Ənvər oğlu Umerov 2019-cu ildən Ukrayna Ali Radasının xalq deputatıdır. Siyasətçi həmçinin Krım Tatar Milli Qurultayının nümayəndəsi olub. O, 2007-ci ildən Mustafa Əbdülcəmil Qırımoğlunun müşaviridir. Əsli Krımın Aluşta şəhərindən olan Umerov Özbəkistanın Səmərqənd vilayətinin Bulunqur şəhərində doğulub. Umerovlar ailəsi 1944-cü ildə Krımdan Mərkəzi Asiyaya sürgün edilənlərdəndir. Daha sonra Umerovlar ailəsi doğma yurdlarına qayıda bilib. Rüstəm Umerov əslən Krım tatarıdır və müsəlmandır. Ailəlidir, 2 övladı var.

 İkinci Qarabağ müharibəsi dövründə Rüstəm Umerov “Anadolu”ya müsahibəsində Ukraynanın Qarabağın Azərbaycanın ayrılmaz parçası kimi tanıdığını xatırladıb, münaqişə bölgəsindəki Ermənistan hərbçilərinin işğalçı olduğunu vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN